Estoniya sahillərində təhlükə yaranarsa orduya güc tətbiq əmri verilə bilərbackend

Estoniya sahillərində təhlükə yaranarsa orduya güc tətbiq əmri verilə bilər

Estoniya özünün dəniz ərazisində, o cümlədən eksklüziv iqtisadi zonada təhlükə yaranarsa, öz ordusuna güc tətbiq etməyə icazə verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Estoniyanın  müdafiə naziri Hanno Pevkur deyib:“Təhlükə yaranarsa, Estoniya bütün dəniz ərazisi, o cümlədən eksklüziv iqtisadi zonası üzrə cavab verə bilər”. Bu məqsədlə respublikanın qanunvericiliyinə dəyişikliklər ediləcək. Təhlükə halında, ilk addım gəminin kapitanı ilə əlaqə qurmaq olacaq, ondan kursu və ya yolu dəyişdirmək tələb olunacaq. Lakin güc tətbiqi zərurəti yaranarsa, Estoniya Müdafiə Nazirliyinin rəhbəri belə icazə verməyə məcbur olacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*