“Etirazçıların tələbləri bir qədər də artıb” – Aksiyada iştirak edən politoloqdan AÇIQLAMAbackend

“Etirazçıların tələbləri bir qədər də artıb” – Aksiyada iştirak edən politoloqdan AÇIQLAMA

Artıq dörd gündür ki, azərbaycanlı fəallar, vətəndaş cəmiyyətinin üzvləri və ekoloqlar Şuşa-Xankəndi yolunda konkret tələblərlə “sülhməramlı”lara və separatçılara etiraz edir. Hər ötən gün aksiya iştirakçılarının sayı və tələbləri daha da artır. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin birliyi, həmrəyliyi və mübarizə əzmi “sülhməramlı”ları və separatçıları əməlli-başlı qorxuya salıb. Erirazçılar isə tələbləri yerinə yetirilənə qədər mübarizədən əl çəkməyəcəklərini bildirirlər.

Aksiyada iştirak edən politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında bildirib ki, etirazçıların tələbləri bir qədər də artıb: “Əvvəl Azərbaycanın qanunsuz ərazilərində aparılan ekoloji terrorun sona çatması tələb edilirdisə, indi sülhməramlıların nəzarətindəki bütün təbii yataqlarda azərbaycanlı ekoloqların monitorinq aparmasına şərait yaradılması tələbi səsləndirilir. Həmçinin “Vardanyan rədd ol”, “Arutyunyan rədd ol” kimi şüarlar səsləndirilir. Hər keçən gün aksiyaya yeni fəallar qoşulur və tələblər çoxalır. Bu bizim haqqımızdır. Bu gün Azərbaycanın qanuni və suveren ərazilərində hansısa ekoloji və digər çoxsahəli terror-təxribat hərəkətləri həyata keçirilməməlidir. Çünki Xankəndi Azərbaycanın ərazisidir. Təəssüflər olsun ki, orada hələ də separatçı-terrorçu birləşmələrin qalıqları təxribatlarla məşğuldur. Bu, əsla rəsmi Bakı tərəfindən qəbul edilə bilməz. Ona görə də, aksiyaçıların tələbləri yerinə yetirilənə, sülhməramlıların komandanı etirazçıların qarşısına çıxana, monitorinq missiyasının fəaliyyətinə şərait yaradılana və konkret addımlar atılana qədər bu aksiya davam edəcək”.

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq hörmətsizlik nümayiş etdirir

Politoloq əlavə edib ki, aksiya müddətsiz, fasiləsiz və gecə-gündüz davam edir: “Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının, ekoloqların, eyni zamanda tanınmış ictimai xadimlərin istək və arzularına dəstək vermək lazımdır. Bu günə qədər ermənilər və separatçı-terrorçular üçün aktivlik göstərən beynəlxalq media və qurumlar artıq neçə gündür yüzlərlə azərbaycanlı fəalın, ictimai xadimin davam edən aksiyasını işıqlandırmır. Bu, əsla qəbul edilən bir məsələ deyil”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*