Etirazlar separatçıları lərzəyə salıb: “Xankəndidə yaşayan qohumlarım qorxu içindədir” – Arşakyandan ETİRAFbackend

Etirazlar separatçıları lərzəyə salıb: “Xankəndidə yaşayan qohumlarım qorxu içindədir” – Arşakyandan ETİRAF

“Rusiya artıq özünü ermənilərin müttəfiqi adlandıra və təhlükəsizliyinin qarantı məsələsini üzərinə götürə bilməz”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni analitik Tevos Arşakyan səsləndirib. Arşakyan öz məqaləsində Şuşa-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi etiraz aksiyasına münasibət bildirib. Lakin onun fikirlərində ermənilərin bu aksiyadan nə qədər qorxduğu əks olunub.

Təsəvvür edin, erməni analitik Xankəndidə yaşayan qohumlarının ona zəng etdiklərini və qorxu içində olduqlarını, İrəvana köçmək istədiklərini deyir. İlk baxışdan bu fikirlərdə qeyri-adi heç nə yoxdur. Onsuzda Vətən müharibəsində qəhraman oğullarımız ermənilərə elə bir zərbə vurub ki, Azərbaycan xüsusi təyinatlılarının adı gələndə dığalar gizlənməyə deşik axtarır. Bu gün Şuşa-Xankəndi yolunu bağlayanlar da elə Azərbaycanın qeyrətli oğul və qızlarıdır. Yəni “sülhməramlıların” arxasnda gizlənən Xankəndidəki separatçı ermənilərin onlardan qorxması adi haldır. Ancaq Arşakyan bir tərəfdən Rusiyanı “vursa” da, digər tərəfdən özü də bilmədən  Azərbaycanın qalib olduğunu etiraf edir. Bəli, ermənilər qorxaqdır və Azərbaycanın qarşısında dayanmaq gücündə deyil. Güvəndikləri Rusiya “sülhməramlıları” isə onları yarı yolda qoyub.

Daha sonra Arşakyan məqaləsində rus “sülhməramlı”larını onun qohumlarını İrəvana keçməyə qoymamaqda günahlandırır: “Qohumların ailəsi bizə gələ bilmədi, çünki rus sülhməramlıları onları Şüşa-Xankəndi yolundan keçməyə qoymadılar. Yol hələ də bağlıdır və yüzlərlə erməni blokadada qalıb. Burada əsas məsələ odur ki, Ermənistan rusların növbəti xəyanəti ilə üz-üzədir. Ruslar “Artsax” əhalisinin maraqlarına zidd olan qaydalarla oynayırlar” – Arşakyan deyib.

Erməni müəllif bütün günahı rus “sülhməramlı”larının üzərinə atır. Təbii ki, bu məqamda o, haqlıdır. Ancaq ona görə yox ki, məramı sülh olmayanlar erməniləri qoruya bilmir, ona görə ki, Volkovun “dəstəsi” öz üzərinə düşən missiyadan kənara çıxır və qanunsuz işlər görür. Məhz bu mənada sülhməramlılar günahkardır. Ancaq erməni müəllif bir şeyi də unutmasın ki, “sülhməramlı”lar Azərbaycan vətəndaşlarının bağladığı yolu açmaq gücünə malik deyillər. Bu yolu yalnız onu bağlayan kəslərin açması mümkündür. O da yalnız tələblərimiz yerinə yetiriləcəyi təqdirdə… Ermənilərə isə beləcə qorxu içində yaşamaq qalır. Amma separatçıların başqa seçimi də ola bilər: Silahı yerə qoymaq, təxribatlara son vermək və  Azərbaycan ərazilərini tərk etmək. Sadəcə düzgün seçim etmək qalır.

Onu da əlavə edim ki, bu hadisələrdən sonra ermənilərin rus “sülhməramlı”larının canları bahasına onları qoruyacağına dair bütün ümidləri puç olub. Ermənilər hesab edir ki, Qarabağdakı “sülhməramlı”lar cəmiyyətdə ancaq parçalanma və panika yaradır. Bu məqamda düşmən də olsalar, ermənilərə haqq verməmək mümkün deyil. Çünki sülhməramlılar Qarabağda öz missiyalarından savayı hər qanunsuz işə baş qoşurlar. Ancaq digər məsələ ondan ibarətdir ki, Rusiya indiki məqamda Bakı və Ankara ilə münasibətləri Ermənistanla müttəfiqlikdən daha üstün tutur.

“Rusiya artıq özünü ermənilərin müttəfiqi adlandıra və təhlükəsizliyimizin qarantı məsuliyyətini öz üzərinə götürə bilməz. Kremlə ancaq bölgədəki hərbi mövcudluğunu təmin etmək lazımdır. Ona görə də, Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsinə başlamağın vaxtıdır. İkincisi, Ermənistanın Aİİ və KTMT-dən çıxması, Moskva ilə bütün təhlükəsizlik sazişlərinin denonsasiyası məsələsini gündəmə gətirməsi vacibdir. Üçüncüsü, Qarabağdakı rus “sülhməramlılarının” fransız və amerikalılarla əvəz olunmasını tələb etmək lazımdır” – deyə Tevos Arşakyan fikirlərini tamamlayıb.

Lakin erməni analitik bir məsələni ya unudub, yaxud da xatırlamaq istəməyib. Odur ki, xatırlatmaq yerinə düşər: Qarabağ Azərbaycan torpağıdır və orada heç vaxt Fransa və ABŞ hərbçisi yerləşdirilə bilməz. O ki, qaldı rus “sülhməramlısı”na, onların da vaxtına çox az qalıb. Azərbaycanın silahsız vətəndaşının onlara verdiyi cavab bunu bir daha sübuta yetirir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*