Ev heyvanlarının məcburi qeydiyyatına BAŞLANILDIbackend

Ev heyvanlarının məcburi qeydiyyatına BAŞLANILDI

Moskva vilayətində ev heyvanlarının məcburi qeydiyyatına başlanılıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, qanun Moskva Vilayət Duması tərəfindən qəbul edilib və sentyabrın 1-dən qüvvəyə minib.

Məlumata görə, vahid qeydiyyat məlumat bazası yaradılacaq. Hər bir it və ya pişiyə unikal nömrə veriləcək. Belə ki, əgər ev heyvanı itərsə, sahibinə onu tapmaq daha asan olacaq.

Regional hökumət sədrinin müavini Georgi Filimonov bildirib ki, heyvan sahibləri regional portal “Qosuslugi”yə, sonra isə baytarlıq klinikasına müraciət edə bilər.

Qeyd edək ki, Rusiyada bir neçə ildir ki, ev heyvanlarının qeydiyyatı mövzusu müzakirə olunur. Bu məsələ heç bir qanunvericilik normaları ilə tənzimlənmir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*