Ev şəraitində işləyənlərin NƏZƏRİNƏ: Sağlam və məhsuldar qalmaq üçün mütləq bunları edinbackend

Ev şəraitində işləyənlərin NƏZƏRİNƏ: Sağlam və məhsuldar qalmaq üçün mütləq bunları edin

Müasir dövrdə bir çox insan işini ya ofis şəraitində, ya da uzaqdan – evdən yerinə yetirir. Bəs, bu cür iş rejimində sağlam və məhsuldar qalmaq üçün iş mühiti necə təşkil olunmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, həm ofisdə, həm də ev şəraitində çalışan şəxslərin iş mühiti onların fiziki və psixoloji durumuna uyğun olmalıdır:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Ergonomik iş mühiti insanın peşə xəstəliklərindən uzaq olması, orqanizmin sağlam şəraitdə fəaliyyət göstərməsi və motivasiyasının yüksək saxlanması üçün vacibdir,” – deyə həkim vurğulayıb.

Rasif Bağırovun sözlərinə görə, düzgün qurulmuş iş şəraiti həm motivasiyanı artırır, həm də iş məhsuldarlığını yüksəldir:

“Məsələn, kompüterin ekranı gözlərdən təxminən 50 sm məsafədə olmalıdır ki, gözlər tez yorulmasın və görmə qabiliyyəti uzunmüddətli qorunsun. Eyni zamanda oturacaq rahat və estetik baxımdan xoş görünməlidir.”

Mütəxəssis əlavə edib ki, ergonomik iş şəraiti yalnız sağlamlığı qorumaqla kifayətlənmir, həm də insanın işləməyə həvəsini artırır və ümumi həyat keyfiyyətinə müsbət təsir göstərir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*