Evə buraxılan Vətən Müharibəsi qazisi anidən KOMAYA DÜŞDÜbackend

Evə buraxılan Vətən Müharibəsi qazisi anidən KOMAYA DÜŞDÜ

Vətən Müharibəsinin qazisi Zeynal Fizuli oğlu Şahhüseynovun anidən vəziyyəti ağırlaşıb.

KONKRET.az xəbər verir ki, o, Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və Bakı Şəhər Hərbi Hospitalında müalicə alıb.

Daha sonra qazimizin müalicəsi ev şəraitində davam etdirilsə də, ötən gün anidən komaya düşüb.

Hazırda həkimlər Lənkəran şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində qazimizi həyata qaytarmaq üçün çalışırlar.

Qeyd edək ki, Masallı rayon sakini Zeynal Fizuli oğlu Şahhüseynov müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*