Əvəz Zeynalının həyat yoldaşı ilə Elçin Sadıqov arasında qalmaqal: “Cavabını alacaqsan!”backend

Əvəz Zeynalının həyat yoldaşı ilə Elçin Sadıqov arasında qalmaqal: “Cavabını alacaqsan!

Barəsində həbs qətimkan tədbiri seçilən “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı ilə vəkil Elçin Sadıqov arasında qalmaqal yaranıb.

KONKRET.az-ın xəbərinə görə, buna səbəb E.Sadıqovun Ə.Zeynallı ilə bağlı açıqlama verməsi olub.

M.Zeynallı sosial şəbəkədə E.Sadıqova “Cavabını alacaqsan!”, – deyə yazıb.

E.Sadıqov isə “Reketin kim olduğunu xalqımız yaxşı bilir” cavabını verib.

M.Zeynallı bildirib: “Biz də bildik. İndiyədək kimə nə yalanlar danışdın, onu açıqlayanda görəcəyik”.

E.Sadıqov isə belə cavab verib: “Biz bundan sonra ancaq məhkəmədə görüşəcəyik, nə yayacaqsınızsa, məhkəmədə cavab verəcəksiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*