Evini tərk edən koronavirus xəstəsi aşkarlandıbackend

Evini tərk edən koronavirus xəstəsi aşkarlandı

Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Qusar rayon sakini Ədalət Məmmədəliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Qusar rayon polis şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*