Əvvəlcə qayınlarını, sonra özünü bıçaqladıbackend

Əvvəlcə qayınlarını, sonra özünü bıçaqladı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az-ınməlumatına görə, hadisə ailə münaqişəsi zəminində İmişli rayonunun Qaradonlu kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Nəsirov Elsəvər Əli oğlu qayınları – Qaradonlu sakinləri, 2001-ci il təvəllüdlü Nəsirov Nurlan Allahyar oğlunu və onun qardaşı 1998-ci il təvəllüdlü Nəsirov Əmrah Allahyar oğlunu bıçaqlayıb.

Hər iki qardaş Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ə.Nəsirov daxili qanaxma diaqnozu ilə əməliyyata götürülüb. Qayınlarını bıçaqlayan E.Nəsirov daha sonra bıçaqla özünə də xəsarət yetirib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*