Eyfel qülləsi 9 ay sonra yenidən açılırbackend

Eyfel qülləsi 9 ay sonra yenidən açılır

Eyfel qülləsi 9 ay bağlı qaldıqdan sonra yenidən ziyarətçiləri qəbul etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, COVID-19 epidemiyası ilə bağlı yeni sanitar qaydalara görə, qüllə artıq əvvəlki ziyarətçilərinin yarısını və ya gündəlik 13 000 ziyarətçi qəbul edəcək.

Fransanın mədəniyyət və əyləncə mərkəzlərində olduğu kimi, iyulun 21-dən Eyfel qülləsinə qalxmaq üçün də bəzi sənədlər tələb olunacaq.

Artıq 9 aydır bağlı qalan qüllə, 2014-cü ildə 7 milyon, 2019-cu ildə isə 6.2 milyon ziyarətçi qəbul edib. Eyfel qülləsinin iyunun 1-də açılmış bilet kassasının cari ilin avqust ayının sonunadək 70 min bilet satdığı bildirilir./unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*