Eyfel qülləsi ziyarətçiləri qəbul etməyi dayandırdıbackend

Eyfel qülləsi ziyarətçiləri qəbul etməyi dayandırdı

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı keçirilən ümummilli tətil səbəbindən paytaxtın simvollarından biri olan Eyfel qülləsinin bu gün bağlanacağı bildirilib.

KONKRET.az-ın xarici mediaya istinadən məlumatına görə, Eyfel qülləsinin rəsmi Twitter hesabından edilən açıqlamada qüllənin “milli tətil” səbəbiylə bu gün bağlanacağı qeyd edilib.

Açıqlamada o da bildirilib ki, qüllənin qarşısındakı ərazi yerli vaxtla saat 21:00-a qədər açıq olacaq.

Qeyd edək ki, Fransada təhsil, enerji və nəqliyyat kimi müxtəlif sektorlar hökumətin pensiya islahatına qarşı tətilə çıxıb. Ölkə daxilində 200-dən çox nöqtədə nümayişlər keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*