Eynşteynin boşanmamaq müqabilində arvadına qoyduğu maraqlı şərt: Fiziki yaxınlıq gözləməyəcəksənbackend

Eynşteynin boşanmamaq müqabilində arvadına qoyduğu maraqlı şərt: fiziki yaxınlıq gözləməyəcəksən

Dünyanın ən ağıllı insanlarından biri olan Albert Eynşteynin riyaziyyat və fizika sahələrində çox əhəmiyyətli kəşflər etməsi barədə bir çox insan məlumatlıdır.

Bəşər tarixi üçün ən vacib nəzəriyyə olan Nisbilik nəzəriyyəsi də Albert Eynşteynə məxsusdur.

KONKRET.az xəbər verir ki, dünyaya bu qədər əhəmiyyətli töhfələr verən bir insanın sevgi həyatı da o qədər maraqlı və təlatümlü olub.

Xüsusilə ilk həyat yoldaşı Mileva Mariçlə olan münasibətləri.

Mileva ilə evlənmədən əvvəl yaşadıqları və evləndikdən sonra arvadına qəbul etdirdiyi məcburi şərtlər də olduqca fərqlidir. Orta məktəb və universitet təhsilindən sonra Eynşteyn 1900-cü ilədək dövrün ən yaxşı professorlarından təhsil almaq fürsəti tapıb. Alman elminin bir çox vacib mənbələrini öyrənmək imkanı qazanıb. Bu vaxt məktəbdəki az sayda qız şagirdlərdən biri olan Mileva Mariç ilə tanış olur və onlar evlənmək istəyirlər. Ancaq atası onun yəhudi olmayan bir qızla evlənməsinə icazə vermir. Buna görə də 1903-cü ilə- atası vəfat edənə qədər gözləməli olurlar. Evləndikdən sonra cütlüyün 2 övladı dünyaya gəlir. Ancaq evlilik həyatı istədikləri kimi getmir, onlar ayrılıq eşiyinə gəlirlər.

Uşaqların bu vəziyyəti psixoloji olaraq qəbul edəcək yaşda olmadıqları üçün bir müddət evliliyə davam etməyə qərar verirlər, lakin Eynşteynin bəzi “qarışıq” şərtləri var idi.

Eynşteynin şərtləri belə idi:

A planı – bu qaydalardan məsul olacaqsan

Paltarlarımın hər zaman təmiz olmasından

Gündə 3 dəfə yeməyimi otağımda yeyəcəyimdən

Yataq otağım və iş otağımın səliqədə saxlanılması, xüsusən də heç kimin mənim iş masamdan istifadə etməməsindən.

B planı – Sosial səbəblər tələb etmədiyi təqdirdə mənimlə bütün şəxsi əlaqələrini kəsəcəksən xüsusilə, aşağıdakıları istəməyəcəksən:

Səninlə evdə baş-başa qalmaq;

Səninlə birlikdə küçəyə çıxmaq və ya səyahət etmək.

C planı – Mənimlə münasibətində aşağıdakıları müşahidə edəcəksən:

Məndən fiziki yaxınlıq gözləməyəcəksən, heç bir şəkildə məni qınamayacaqsan.

İstədiyim zaman mənimlə danışmağı dayandıracaqsan.

Yataq otağımdan və ya iş otağımdan  mən istədiyim vaxt şikayət etmədən çıxacaqsan.

D planı – Uşaqların qarşısında məni sözlərinlə və ya hərəkətlərinlə təhqir etməyəcəksən.

Mileva bu şərtləri hələlik qəbul etsə də, zaman keçdikcə bu vəziyyətdə qalmaqdan çətinlik çəkməyə başlayıb. Bu qaydalara çox dözə bilməyən Mileva Mariç iki uşağını da götürərək Eynşteyni tərk edib. O, övladları ilə birlikdə Berlindən İsveçrəyə qayıdıb.

Eynşteyn boşandıqdan bir neçə ay sonra qohumu Elza ilə evlənib. Mileva isə bir daha ailə qurmayıb. “Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*