“Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışı keçiriləcəkbackend

"Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışı keçiriləcək

İyulun 9-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışı start götürəcək.

Nazirliyin Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, turnir iki gün davam edəcək.

Yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, “Şuşa ili” çərçivəsində təşkil ediləcək.

10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı turnir iki mərhələdən ibarət olacaq. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.

İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*