“F-16” qırıcılarının Ukraynaya tədarükü yaxın aylarda BAŞLAYACAQbackend

“F-16” qırıcılarının Ukraynaya tədarükü yaxın aylarda BAŞLAYACAQ

ABŞ-ın ilk “F-16” qırıcıları yaxın bir neçə ay ərzində Kiyevə gətiriləcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall deyib.

O vurğulayıb ki, Ukraynanın döyüş təyyarələri ilə silahlanması Vaşinqton üçün prioritet məsələdir.

Bununla belə, Kendall etiraf edib ki, “F-16” döyüş meydanında vəziyyəti dəyişdirə bilməyəcək.

Xatırladaq ki, Ukrayna Pentaqondan 100-dən çox “F-16” qırıcısı tələb edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*