F-35-lərin əvəzinə F/A-18 Super Hornet… – “Nəşnl İnterest”backend

F-35-lərin əvəzinə F/A-18 Super Hornet... - “Nəşnl İnterest”

F-35 qırıcıları ilə bağlı layihədə ortaya çıxan problemlər ABŞ ordusunu narahat etməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” nəşri məlumat yayıb.

“Bir müddət əvvəl ABŞ donanması da F-35 layihəsindən imtina edilməsi barədə fikirlər səsləndirib. F-35 qırıcılarının əvəzinə “F/A-18 Super Hornet” təyyarələrini tövsiyə etmək olar. Bunlar hərbi hücum təyyarəsidir. Problemsiz təchizat, döyüşə hazırlıq və sərfəli qiymət meyarlarına əsaslanaraq “F/A-18 Super Hornets”lərin ABŞ donanması üçün əvəzolunmaz olduğunu demək olar. Bu qırıcılar F-35-lərdən fərqli olaraq, iki motordan ibarətdir. Əgər müharibə zamanı bir motoru zədələnsə, digər motorun köməkliyi ilə rahat şəkildə yerə enə biləcək”, – nəşr yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*