“Facebook” bu şəhərin adını “dəyişdi”backend

“Facebook” bu şəhərin adını "dəyişdi"

“Facebook” sosial şəbəkəsi Ukraynanın paytaxtı Kiyevin ingilis dilində yazılış qaydasını dəyişib.

KONKRET.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

Belə ki, indi sosial şəbəkənin alqoritmi istifadəçilərə işarələmək üçün “Kiev” əvəzinə “Kyiv” variantını təklif edəcək. Yəni, “Facebook” paytaxtın rus dilində yox, məhz Ukrayna dilində olan ad şəklini qəbul edib.

Nazirin sözlərinə görə, indiyə qədər sosial şəbəkədə olan işarələmələr dəyişməyəcək, yalnız bundan sonrakılar yeni varianta uyğun olacaq.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*