“Facebook” vaksinasiyanın reklamını BLOKLADIbackend

“Facebook” vaksinasiyanın reklamını BLOKLADI

“Facebook” sosial şəbəkəsi koronavirus infeksiyasına qarşı vaksinasiyanın lazım olduğu barədə paylaşımları bloklayıb.

KONKRET.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.

Söhbət 110 şirkətdə preparatların necə hazırlandığı və vaksinasiya məntəqələrinin yeri barədə məlumatın olduğu pullu reklamlardan gedir. Reklamverənlərin bu qərara etiraz etmək hüququ var, lakin proses çətin və COVID-19 haqqında məlumat sürətlə dəyişdiyindən demək olar ki, mənasız olacaq.

Sosial şəbəkə özü problemi qəbul edib və iki şirkətin reklam nəşrlərini bərpa etdiyini bildirib.

Qeyd edək ki, “Facebook”un siyasi təbliğat və reklamı izləyən sosial media filtrləri əvvəllər peyvəndlər və COVID-19-a qarşı vaksinasiya kampaniyası barədə məlumatları yolverilməz paylaşım kimi qeyd edib.

O da vurğulanır ki, mesajların bloklanması “Facebook”u koronavirusla əlaqəli etibarlı məlumatlar əldə etmək üçün bir platforma olaraq yararsız hala gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*