Facebookda PROBLEM: Yazıları redaktə etmək imkanı LƏĞV EDİLDİ – FOTObackend

Facebookda PROBLEM: Yazıları redaktə etmək imkanı LƏĞV EDİLDİ - FOTO

Facebook gözlənilmədən yazıları redaktə etmək imkanını ləğv edib.

KONKRET.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsinin istifadəçiləri gözlənilməz problemlə üzləşiblər. Artıq dərc edilmiş yazıları redaktə etmək olmur.

Qeyd olunur ki, bu problem yalnız Facebook-un iPhone və ya iPad-də mobil versiyasının istifadəçiləri üçün aktualdır.

İlk dəfə istifadəçilər problemlə bağlı ötən cümə günü, sonuncu yeniləmədən sonra məlumat verməyə başlayıblar. Lakin indiyədək sosial şəbəkə nümayəndələri tərəfindən yazıları redaktə edə bilməməsi ilə bağlı heç bir şərh gəlməyib.

Yeri gəlmişkən, dərc edildikdən sonra yazıları redaktə edə bilməmək digər məşhur platformanın – Twitter-in əsas xüsusiyyətidir. Konsepsiya ondan ibarət idi ki, tvit müzakirə olunduqdan və retvit ediləndən sonra onun mənası dəyişdirilə bilməz.

Facebookun belə bir addım atmağa qərar verib-verməməsi ehtimalı azdır. Bu halda, çox güman ki, xətaya səbəb yeniləmədəki səhv olub və tezliklə düzələcəyi deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*