“Fakt budur ki, Ermənistan artıq Qarabağın təhlükəsizliyinin təminatçısı deyil” – Akopyanbackend

"Fakt budur ki, Ermənistan artıq Qarabağın təhlükəsizliyinin təminatçısı deyil" - Akopyan

“Bu günlərdə Qarabağ “rəhbərliyi” əsassız diplomatiya ilə məşğuldur”.

KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində siyasi strateq Vigen Akopyan deyib.

“Fakt budur ki, Ermənistan uzun müddətdir ki, Qarabağın təhlükəsizliyinin təminatçısı deyil.

Bu, rəsmi səviyyədə deyilib. Biz bunu yüksək vəzifəli məmurlardan eşidirik və onlar bu barədə daim parlamentdə, parlament fraksiyasının deputatlarının ağzından danışırlar.

Bu səbəbdən Ermənistanın Qarabağın təhlükəsizliyinin təminatçısı olmasını əhəmiyyətsiz hesab edirəm. Ən yaxşı halda deyə bilərik ki, Ermənistan Qarabağın bəzi sosial-iqtisadi problemlərini dəstəkləməkdə davam edir”, – deyə Akopyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*