Faktiki hava açıqlandıbackend

Faktiki hava açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən KONKRET.az-a verilən xəbərə görə, Zaqatala, Qax (Sarıbaş), Oğuz, Şəki, İsmayıllı, Qəbələ, Quba və Qusarda arabir yağış yağır.

Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Neftçalada 20, Culfada 16 m/s-dək güclənir.

Qax, Şəki, Qusar, Qrızda duman müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*