FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıbbackend

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb

Yanvarın 5-i saat 17:30-a olan məlumata əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*