Fazil Mustafa: “Yas mərasimlərində heç bir qaydalara əməl edilmir”backend

Fazil Mustafa: "Yas mərasimlərində heç bir qaydalara əməl edilmir"

Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, bu gün 1227 nəfər koronavirusa yoluxub, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 12 nəfər isə vəfat edib. Gündəlik yoluxmaların sayının artması karantin rejimin yenidən sərtləşməsinə səbəb ola bilərmi?

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Fazil Mustafa qeyd edib ki, komendant saatı ilə karantin rejiminin üst-üstə düşən məqamları var:

“Yəni axşam 9-dan sonra insanlar evdə olur və yayılma riski bir az azalır. Qapadılmaqdansa, insanları məsuliyyətli davranışa cəlb etmək lazımdır.

İctimai qınaq vacibdir. Yoxsa “sms icazə” və digər addımlar lazım deyil. Çünki bütün bunlar yorucudur və vətəndaşa böyük əziyyət yaradır. Təbii ki, məsuliyyətli olana. Məsuliyyətsiz vətəndaş hansı qaydanı qoyursansa qoy, problem yaradacaq. Anlamır ki, maska taxmaq və sosial məsafəni qorumaq lazımdır. Metro bağlanandan sonra avtobuslarda istər-istəməz sıxlıq yarancaq. Əgər insanlar maskanı taxacaqsa, avtobusda nə problem yarana bilər ki?! Mən görürəm ki, yas mərasimlərində və digər yerlərdə insanlarımız heç biri qoyulan qaydalara əməl etmirlər. Ona görə də bu məsələnin həll edilməsi çətinləşir. Cəmiyyətin mədəni səviyyəsi bu problemi həll etməlidir. Biz daha çox buna yönəlib, xəstəliyin təhlükəsi ilə bağlı vətəndaşları məlumatlandırmalıyıq. Qadağaların, cərimənin miqdarının artırmaqla və insanlarımızı cərimələməklə problemi həll edəcəyimizə inanmıram”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*