“Fənərbağça” Azarı icarəyə götürmək istəyirbackend

“Fənərbağça” Azarı icarəyə götürmək istəyir

“Fənərbağça” Madrid “Real”ının yarımmüdafiəçisi Eden Azar ilə maraqlanır.

KONKRET.az xəbər verir ki, Türkiyə klubu belçikalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmə təklifini ispan klubuna təqdim etməyi düşünür. Futbol mütəxəssisləri bildirirlər ki, Madrid klubunun belə bir təkliflə razılaşması çətin görünür.

Azarın son nəticələrinə gəlincə, cari mövsüm yarımmüdafiəçi La Liqada altı oyun keçirib və bir qol vurub.

Xatırladaq ki, bugünlərdə “Fənərbağça” “Arsenal”dan yarımmüdafiəçi Məsut Özili transfer edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*