Axtardığı futbolçunu Braziliyada tapdı – “Fənərbağça”dan ilin transfer bombasıbackend

Axtardığı futbolçunu Brazilyada tapdı - "Fənərbağça"dan ilin transfer bombası

Hücum xəttini gücləndirmək istəyən “Fənərbağça” axtardığı futbolçunu tapıb.

KONKRET.az xəbər verir ki, İstanbul klubu Halkı transfer edir. Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edən futbolçunun 31 dekabr 2022-ci ilə qədər müqaviləsi var. Amma 34 yaşlı “sambaçı”nın müqaviləsində istədiyi vaxt klubdan ayrıla biləcəyi ilə bağlı maddə var.

“Fənərbağça”nın yeni baş məşqçisi Vitor Pereyra Çinin “Şanxay SIPG” klubunda rəhbərliyi altında çıxış etmiş futbolçunun transferi ilə birbaşa özü məşğuldu. Belə ki, portuqaliyalı mütəxəssis Halka zəng edərək komandaya dəvət edib. Braziliyalı futbolçu onun təklifini müsbət dəyərləndirdiyini bildirib və qərar vermək üçün bir neçə gün vaxt istəyib.

Qeyd edək ki, Halk karyerası ərzində Braziliyanın “Vitoriya”, Yaponiyanın “Kavasaki”, “Konsadole”, “Tokio Verdi”, Portuqaliyanın “Portu”, Rusiyanın “Zenit”, Çinin “Şanxay SIPG” və Braziliyanın “Atletiko Mineyro” klublarında çıxış edib. Onun transferinə ümumilikdə 114,8 milyon avro xərclənib.

O, karyerası ərzində Portuqaliya çempionluğunu (4 dəfə), kubokunu (3), Super Kubokunu (3), UEFA Kubokunu (1), Rusiya çempionluğunu (1), kubokunu (1), Super Kubokunu (1), Çin çempionluğunu (1) və Federasiya Kubokunu (1) qazanıb. 2009-2016-cı illərdə Braziliya millisinə çağırılan Halk 48 oyunda 11 qol vurub./fanat.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*