“Mənə qarşı sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran deputat seçkilərində alternativim olmuş Fərəc Quliyevin oğlu Mətin Quluyevdir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri millət vəkili, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev özünün facebook səhifəsində yazıb.
O daha sonra qeyd edib ki, “Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparırdı. Əlimdə kifayət qədər sübutlar var. Hüquq mühafizə orqanlarına müraciət hazırlayıram. Mətin Quliyev mənim adımdan facebookda paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə şöyüləri yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Milli Məclisin, eyni zamanda onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib. Onu da qeyd edim ki, məni facebookda olmazın söyüşlərlə təhqir edən “Əbulfəz Babasoy” profili də Mətin Quliyev tərəfindən idarə olunur”.
Natiq Səlim,
KONKRET.az