“Növbəti 12 saat tamam oldu. Bu gecə 100-dən çox şəhid məqaləsi bərpa edildi. Silinən məqalə sayı çox olduğu üçün bərpa prosesi texniki olaraq zaman alacaq.
Sözümə əməl edərək, vikipediya məsələsini burada dayandırıram”.
KONKRET.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas özünün “Facebook” profilində paylaşımında qeyd edib.
O bildirib ki, proses başlayıb, bir neçə gün məqalələrin tam bərpası həyata keçəcək:
“Burada məni qalib, qəhrəman kimi görməyə ehtiyac yoxdur. Bu kiminsə qalib və ya məğlub olma yarışı deyildi. Məqsəd və hədəf ədalətin təmin olunması idi. Bu səbəbdən heç bir qıcıqlandırıcı söz işlətmədən, bərpanı təmin edənləri alqışlayıram”.
Aygün Mirakif,
KONKRET.az