Fərid Şahbazlı: “Kanada Azərbaycanla təhdid dilində danışa bilməz”backend

Fərid Şahbazlı: “Kanada Azərbaycanla təhdid dilində danışa bilməz"

“Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistanın işğalçı siyasətinə məruz qalmasına, 1 milyondan çox insanın öz torpaqlarından qovulması, qətlə yetirilməsi, evlərinin, digər infrastrukturların tamamilə məhv edilməsi kimi beynəlxalq cinayətlərə susan dövlət və təşkilatların bu gün ölkəmizi ittiham edən açıqlamalar verməsi ikrah hissi yaradır. Kanadanın xarici işlər naziri Melani Colinin Ermənistana səfəri zamanı Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və böhtan olmaqla yanaşı, eyni zamanda, dövlətimizin müstəqil xarici siyasətindən və gücündən ciddi narahatlığın ifadəsidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilən bölgələrdə geniş abadlıq-quruculuq işlərinin sürətlə davam etdirilməsi Ermənistandan maşa kimi istifadə edən himayədarları tərəfindən həzm edilmir: “Heç bir zaman müstəqil xarici siyasət həyata keçirmək cəsarəti olmayan, yeganə funksiyası ABŞ-dan gələn direktivləri icra etmək olan Kanada xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlar səsləndirməsi anlaşılandır. Çünki Azərbaycan BMT də daxil olmaqla, özünü ciddi qurum kimi təqdim edən beynəlxalq təşkilatların Ermənistanla bağlı icra olunmayan bütün qətnamələrini özü icra edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan bununla yanaşı, dövlətimizə və xalqımıza münasibətdə cinayətə bulaşmış separatçı “lider”ləri məsuliyyətə cəlb etdi. Əlbəttə, bütün bunlar regionda Ermənistandan alət kimi istifadə edən gücləri narahat etməyə bilməz”.

Fərid Şahbazlı bildirib ki, Kanada və digər ölkələr illərdir Azərbaycan xalqının başına gətirilən faciələrlə bağlı bir dəfə də olsun çağırış və ya etiraz etməyib: ”Beynəlxalq hüququ müstəqil siyasət yürüdən ölkələrə qarşı cəza mexanizmi kimi istifadə edən bu ölkələrin indi Azərbaycanı ittiham etməsi qərəz və təzyiq metodundan başqa bir şey deyil. Tarixdə yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanadanın başqa ölkələri etnik dözümsüzlükdə ittiham etməsi ümumiyyətlə gülüş və ikrah hissi doğurur. Kanadalı nazirin Azərbaycanı sanksiyalarla hədələməsi isə ümumiyyətlə absurddur. Azərbaycan dəfələrlə sübut edib ki, onunla təhdid dilində danışmaq yolverilməzdir və bu prosesdən itirən yalnız Qərb olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*