Fərid Şəfiyev: “Biz İrəvana qayıtmalıyıq”backend

Fərid Şəfiyev: "Biz İrəvana qayıtmalıyıq"

“İrəvan xanlığı bizim tərəfimizdən yaradılmış bir dövlət idi. Biz ora bu və ya digər formada qayıtmalıyıq”.

KONKRET.az-ın report-a istinadən xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.

“Ermənistan tərəfi digər məsələləri müzakirə etməyə hazırdır. İrəvana azərbaycanlıların qayıtması isə onlar üçün qəbul edilmir. Azərbaycanın diplomatik və hərbi sahədə tətbiq etdiyi güc nəticəsində Ermənistan əvvəl dəmiryolunun, daha sonra avtomobil yolunun açılmasına razılıq verib. Ancaq hələ ki bunlar şifahidir. Məqsədimiz isə bunu sənədləşdirməkdir”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*