FHN Gəncədəki yanğınla bağlı məlumat yaydı – VİDEObackend

FHN Gəncədəki yanğınla bağlı məlumat yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Qurtuluş küçəsində yerləşən Sosial Xidmət Müəssisəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli binanın üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın 3-cü mərtəbəsinin bir otağında 1 ədəd yataq dəsti və 1 ədəd plastikdən ibarət qapı yanıb. c.

Bina yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*