FHN-in tibbi heyəti Aktauya göndərildi – Videobackend

FHN-in tibbi heyəti Aktauya göndərildi - Video

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.

KONKRET.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir.

Həmçinin, qəza baş vermiş ərazidə Nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*