FHN köməksiz şəxsi belə xilas etdi – VİDEObackend

FHN köməksiz şəxsi belə xilas etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda 1 nəfərin su arxına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1990-cı il təvəllüdlü Rəhimov Əziz Rüstəm oğlunun ayağına su arxında dəmir parçası bataraq koməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə zərərçəkmişə lazımi köməklik göstərərək su arxından çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*