Türkiyə xarici işlər naziri Hakan Fidan həftə sonu Ukraynaya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.
“Fidanın bu həftənin sonunda Ukrayna rəsmiləri ilə görüşmək və İstanbuldakı danışıqlardan sonra vəziyyəti izləmək üçün Kiyevə gedəcəyi gözlənilir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Hakan Fidan hazırda Rusiyada səfərdədir.