FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir AÇIQLANDIbackend

FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir AÇIQLANDI

FIFA-nın Qətərdə keçirilən dünya çempionatında əldə etdiyi gəlir bəlli olub.

KONKRET.az xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.

O bildirib ki, cari mundialdan qazanılan vəsait 10,5 milyard dollar təşkil edib: “Bu isə 4 il əvvəl Rusiyada təşkil olunmuş dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur”.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Dekabrın 17-də isə Xorvatiya və Mərakeş seçmələri 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*