FİFA Tokio-2020 ilə bağlı bəyanat yaydıbackend

FİFA Tokio-2020 ilə bağlı bəyanat yaydı

FİFA Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının 2021-ci ilin yayına qədər təxirə salınmasını dəstəkləyib.

KONKRET.az-ın məlumatına görə, qurum Beynəlxalq Olimpiya Komitəsinin (BOK) koronavirus pandemiyası üzündən atdığı addımla bağlı bəyanat yayıb.

FİFA bunu idmançıların sağlamlığı üçün atılmış addım kimi qəbul edib: “FİFA qəti şəkildə inanır ki, idmanla məşğul olan bütün insanların sağlamlığı və rifahı həmişə ən yüksək prioritet olmalıdır. Buna görə də biz BOK-un qərarını alqışlayırıq. BOK-un qərarına uyğun olaraq FİFA yarışların təqvimindəki dəyişiklərlə bağlı maraqlı tərəflərlə birlikdə bütün əsas məsələlərin həlli ilə məşğul olacaq”.

Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiada 2021-ci ilin yayından gec olmayaraq baş tutmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*