Fikrət Məmmədov rəisi işdən çıxardıbackend

Fikrət Məmmədov rəisi işdən çıxardı

Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb. Onun yerinə isə Qasım Əliyev təyin olunub.

Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*