Final mərhələsinin püşkü atıldı – DÇ-2022backend

Final mərhələsinin püşkü atıldı - DÇ-2022

Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin püşkü atılıb.

KONKRET.az xəbər verir ki, Dohada təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib.Mundialın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Bu 32 yığmadan 29-u bəlli olsa da, püşkatmaya pley-offun son 3 qalibi də qatılıb. Onlardan biri cütlük, ikisi üçlük təşkil edir.

Meydan sahibi Qətər püşksüz A qrupuna daxil edilib. Digər komandalar səbətlərə əsasən qruplar üzrə bölünüb. Eyni konfederasiya təmsilçiləri fərqli qruplara daxil edilib. Yeganə istisna UEFA ilə bağlıdır. Hər qrupda minimum bir, maksimum üç Avropa yığması ola bilər.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

A qrupu
1. Qətər
2. Ekvador
3. Seneqal
4. Niderland

B qrupu
1. İngiltərə
2. İran
3. ABŞ
4. Ukrayna/Şotlandiya/Uels

C qrupu
1. Argentina
2. Səudiyyə Ərəbistanı
3. Meksika
4. Polşa

D qrupu
1. Fransa
2. Peru/Avstraliya/BƏƏ
3. Danimarka
4. Tunis

E qrupu
1. İspaniya
2. Kosta-Rika/Yeni Zelandiya
3. Almaniya
4. Yaponiya

F qrupu
1. Belçika
2. Kanada
3. Mərakeş
4. Xorvatiya

G qrupu
1. Braziliya
2. Serbiya
3. İsveçrə
4. Kamerun

H qrupu
1. Portuqaliya
2. Qana
3. Uruqvay
4. Cənubi Koreya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*