Finlandiya da Rusiya avtomobillərinin ölkəyə girişini qadağan etmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bu gün açıqlama verəcəyi gözlənilir.
Bu o deməkdir ki, ölkəyə Rusiya qeydiyyatında olan avtomobillə daxil olarsa, dərhal müsadirə olunacaq.
Beləliklə, Helsinki Avropa İttifaqının ümumi, daha sərt xəttini izləməyə qərar verib.
Qeyd edək ki, sentyabrın 8-də Avropa Komissiyası Rusiya vətəndaşlarının Aİ ölkələri daxilində səyahətini məhdudlaşdıran qaydaların izahatını dərc edib . Xüsusilə Aİ ölkələri rusların şəxsi avtomobillərini müsadirə etmək hüququ əldə ediblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az