Finlandiyada Rusiya ilə sərhəddə müvəqqəti hasarların tikintisini sürətləndirərək bu işə hərbçiləri də cəlb edib.
KONKRET.az bu barədə Report-a istinadən xəbər verir.
Qeyd edilir ki, silahlı qüvvələr sərhədçilərə tikinti işində yardım edir.
Vartius sərhəd-keçid məntəqəsinin rəisi, kapitan Couko Kinnunen bildirib şlaqbaumların bilavasitə yaxınlığında mühafizə strukturları, yəni dövlət sərhədində maneələr tikilir. Bu, sərhəd-keçid məntəqəsinin fəaliyyətini təmin etmək üçündür.
Bundan əvvəl Finlandiya Rusiya ilə sərhəddə 4 keçid məntəqəsini bağlamaq qərarına gəlib. Bu, sığınacaq istəyən qaçqınların çoxluğu ilə izah edilir.