Bu gün axşam saatlarında Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə, Litta keçid məntəqəsinin yanında yerləşən Kuhmoda beşinci Vartius keçid məntəqəsini müvəqqəti olaraq bağlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Finlandiyanın “İtlalehti” nəşri məlumat yayıb.
Bir gündə 67 sığınacaq axtaran şəxsin gəlişindən sonra məntəqə həddindən artıq yüklənmə səbəbindən bağlanıb.
Bir gün əvvəl bağlanan Niirala keçid məntəqəsindən 900 km aralıda yerləşən Vartius keçid məntəqəsi yalnız noyabrın 19-da səhər açılacaq. Bu gecə Finlandiya Rusiya ilə sərhəddəki 4 ən məşhur keçid məntəqəsini bağlayıb.
Finlandiya Sərhəd Xidmətinin məlumatına görə, bu gün, noyabrın 18-də şərq sərhədinə 220 sığınacaq axtaran şəxs gəlib. Finlandiya sərhədçiləri onları içəri buraxmadığı üçün gün ərzində Yaxın Şərqdən olan 30-dan çox miqrant Rusiya-Finlandiya sərhədində qalıb.
Bu gün Finlandiyada yaşayan yüzə yaxın rus Helsinkidə parlamentin yaxınlığında aksiya keçirib. Onlar bunun üçün qanuni əsasları olan şəxslərin Finlandiya sərhədini keçməsinə icazə verilməsini tələb ediblər.
Burhan,
KONKRET.az