Finlandiya Türkiyədən məmnun qalıb: İsveçlilər narazıdırbackend

Finlandiya Türkiyədən məmnun qalıb: İsveçlilər narazıdır

Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Finlandiyanın NATO üzvlüyünün parlamentdə təsdiqi prosesinə başlamaq qərarına gəldiyini açıqlayıb.

Finlandiyanı sevindirən qərar İsveçdə ardıcıl etiraflara səbəb olub.

KONKRET.az Türkiyə nediasına istinadla xəbər verir ki, Finlandiya və Türkiyə liderlərinin verdiyi bəyanatdan sonra Finlandiyanın NATO-ya üzvlük prosesi rəsmən başlayıb. “Göstərdiyi həssaslıq və əldə edilən irəliləyişlərə görə biz Finlandiyanın NATO-ya daxil olması üçün parlamentdə təsdiq prosesini başlatmağa qərar verdik”, -Ərdoğan deyib və əlavə edib ki, İsveçin NATO üzvlüyünün bundan sonra atacağı addımlarla birbaşa bağlı olacaq.

Beynəlxalq qurumlar prezident Ərdoğanın bu sözlərini “son dəqiqə” elan edərkən, Finlandiya mətbuatı bu ölkədən məmnunluğunu ifadə edib. İsveç mətbuatında isə bir-birinin ardınca etiraflar gəlib.

Finlandiyanın “Aamulehti Aamulehti” qəzeti dünənki görüşlə bağlı yazıb: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Finlandiyanın NATO üzvlüyünün parlamentdə ratifikasiya prosesinə başlayacağını elan etməsi ilə tarixi və böyük bir addım atdı”.

İsveçdə çıxan “Etelä-Suomen Sanomat” qəzeti üzvlük prosesi ilə bağlı xəbəri “Finlandiyanın NATO-ya yolu açıldı, lakin İsveç geridə qaldı” başlığı ilə verib. Qəzet Finlandiya və İsveçin NATO yollarının ayrılmasının təhlükəsizlik problemi olduğunu müdafiə edərək, “Finlandiya və İsveçin üzvlük yollarının ayrılması pis xəbərdir” deyib.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*