Fiziki məhdudiyyətli uşağın bədəninə damğa vurub işgəncə ilə öldürdü – Anasının sevgilisi imişbackend

Fiziki məhdudiyyətli uşağın bədəninə damğa vurub işgəncə ilə öldürdü - Anasının sevgilisi imiş

Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

KONKRET.az “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Yaşar Abbasov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, onun doqquz yaşlı fiziki qüsurlu övladı Əli Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilib.

Məlum olub ki, Y.Abbasov İpək Əhmədovanı döyməklə yanaşı, azyaşlı uşağı işgəncə verərək öldürüb.

Bundan başqa, Yaşar azyaşlının bədəninə damğa vurub. Uşağın bədəninə xəsarətlər yetirməklə yanaşı soyuq havada küçədə saxlayıb, üzərinə soyuq su töküb.

Yaşar Abbasova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. O, qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu oğlu Əli Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.

Zərərçəkən şəxsin hüquqi varisi olan anası hazırda məhkumdur. İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi ittihamı ilə həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*