Floridada 19-cu əsrə aid gəmi qalıqları tapıldıbackend

Floridada 19-cu əsrə aid gəmi qalıqları tapıldı

ABŞ-ın Florida ştatında meydana gələn qasırğalar çimərliklərdən birinə qədim gəminin qalıqlarını gətirib.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Sakinlər ötən ay Florida ştatının Deyton-Biç şəhərinin çimərliyində uzunluğu təxminən 24 metr olan ağac və metaldan hazırlanmış “qəribə obyekt” aşkar ediblər.

Bundan sonra onun mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr ortaya çıxıb. Bəziləri bunun bir neçə onilliklər əvvəl quraşdırılmış yarış stendinin qalıqları olduğunu güman edir. Digər tərəfdən, bəziləri bunun köhnə körpünün qalıqları olduğunu düşünür.

Amma tədqiqatçıların son araşdırmalarına əsasən, bu qalıqlar 19-cu əsrə aid olan ticarət gəmisinin bir hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*