ABŞ-nin Florida ştatında Milton qasırğası bir neçə nəfərin ölümünə səbəb olub.
KONKRET.az xəbər verir ki, qasırğa İspaniya gölləri ərazisindən keçib. Polis və yanğınsöndürənlər zərər çəkənlərə yardım göstərmək və axtarış işlərini davam etdirmək üçün dağılmış ərazilərdə gərgin iş aparır.
Hələlik təbii fəlakət qurbanlarının dəqiq sayı barədə məlumat verilmir. Bundan əvvəl Fövqəladə Halların İdarə Olunması Agentliyinin regional rəhbəri Kevin Qutri Floridada tornado nəticəsində 125-ə yaxın evin dağıldığını bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az