Forbes: “Mərkəzi Asiyada Türkiyənin nüfuzu artır”backend

Forbes: "Mərkəzi Asiyada Türkiyənin nüfuzu artır"

Mərkəzi Asiya ölkələri 2020-ci ilin əvvəlindən indiyədək rekord sayda pilotsuz uçuş aparatları (PUA) idxal edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.

Bildirilib ki, may ayında İran Tacikistanda “HESA Ababil2” hərbi PUA-larının istehsalı üzrə zavod açıb. 2021-ci ilin sonunda isə Qırğızıstan Rusiyadan “Orlan-10” pilotsuz uçuş aparatları sifariş edib.

Nəşr qeyd edir ki, digər tərəfdən Türkiyə özünün məşhur “Bayraktar TB2” pilotsuz aparatlarını Qırğızıstan və Türkmənistana ixrac edib, Qazaxıstanla isə “Anka-S” PUA-larının istehsalı üçün razılığa gəlib.

Bildirilir ki, Tacikistan da “Bayraktar TB2” almağı planlaşdırır. Çünki bu dronlar Qırğızıstana Tacikistanla sərhəd münaqişəsində üstünlük yaradıb.

Orion Siyasət İnstitutunun baş elmi işçisi Süleyman Özeren hesab edir ki, Türkiyə iki səbəbə görə Orta Asiyada digər rəqiblərini üstələyir:

“Birincisi, Türkiyənin dron texnologiyasının Rusiya və İrandan daha yaxşı olduğu sübuta yetirilib.

İkincisi, Türkiyə üçün Orta Asiya ölkələrinə pilotsuz təyyarələrin satışı hərbi əməkdaşlıqdan daha üstündür”.

Özerenin sözlərinə görə, Ukrayna müharibəsi Mərkəzi Asiya dövlətlərində dərin narahatlıq yaradıb.

“Qazaxıstanla Türkiyə arasındakı sövdələşmə Ukraynadakı müharibənin nəticələrindən biridir. Eyni səbəbdən ABŞ və Avropa İttifaqı Türkiyənin Mərkəzi Asiyada artan təsirini hələlik müsbət hal kimi qiymətləndirir”, – o deyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*