“Forbes”: “Şimal axını 2” geopolitik fəlakətə çevrilir – ŞƏRHbackend

"Forbes": “Şimal axını 2” geopolitik fəlakətə çevrilir - ŞƏRH

“Şimal Axını 2” layihəsinə görə, Almaniya Kremldən asılıdır. Elə bu səbəbdən də Rəsmi Berlin Kiyevə kömək edə bilməyəcək”

KONKRET.az xəbər verir ki, bu fikirləri “Forbes” nəşrində gedən məqalədə müəllif Daniel Markind yazıb.

Onun sözlərinə görə, praktikada Berlin Avropa Birliyi və ABŞ-ın anti-Rusiya tədbirlərini dəstəkləsə də müəyyən ciddi məqamlarda Almaniya sanki kənara çəkilir.

Müəllif qeyd edir ki, Rusiya qazının Baltik dənizi ilə Almaniyaya birbaşa nəql etmək üçün nəzərdə tutulmuş “Şimal axını 2” boru kəməri geosiyasi fəaləkət kimi bu həftə yenidən dünyanın diqqət mərkəzindədir.

Daniel Markind daha sonra yazır: “Bu mübahisəli boru kəmərinin inşası davam edir və bu fonda Rusiya qoşunları qonşu Ukrayna ilə sərhəd yaxınlığında böyük manevrlərə başlayıb.

“Şimal axını 2” Sankt-Peterburqdan Almaniyanın Greifswald liman şəhərinə qədər uzanan 1200 kilometrlik bir qaz borusudur. Əvvəllər inşa edilmiş “Şimal axını 1” kimi bu boru kəməri də ildə 55 milyard kubmetr qaz nəql etmək imkanına malik olacaq. Almaniya hazırda təbii qaz idxalında dünyada birinci yeri tutur və ehtiyaclarının 94% -ni xaricdən satınalmalarla təmin edir. Almanlar bu cür statistik məlumat vermirlər, amma bu gün Rusiyanın alman qaz idxalının təxminən 40% -ni təmin etdiyinə inanılır. “Şimal axını 2” tamamlanarsa, bu rəqəm mütləq artacaq.

“Şimal Axını 2”-ni tamamlamaq üçün Rusiya Ukrayna sərhədində müharibə isteriyasını artırır. Qeyri-qanuni qüvvələr vasitəsi ilə bu ölkə artıq Şərqi Ukrayna ərazisinin əhəmiyyətli bir hissəsini idarə edir. Və 2014-cü ildə Rusiya 1954-cü ildən bəri Ukraynaya məxsus olan Krımı işğal edərək beynəlxalq ictimaiyyətə məlum bir macəraya başladı. Rus qoşunları ilə üzbəüz olan Ukrayna ingilis əsgərləri ilə ortaq hərbi təlimlərə başlasa da hadisələrin necə inkişaf etməsi maraq doğurur”.

Müəllif hesab edir ki, NATO qoşunları olmasaydı, Rusiyanın yenidən Ukrayna ərazisinə genişmiqyaslı bir təcavüz etməyə cəhd göstərəcəyi şübhəsiz idi. “Forbes” nəşrindəki məqalədən də görünür ki, hadisələrin bu cür inkişafı üçüncü dünya müharibəsinə səbəb ola bilər: “Hər halda, Rusiya, Ukrayna və NATO üzvlərinin eyni vaxtda bir-birlərinə bu qədər yaxın hərbi təlimlər keçməsi yaxşı bir şey deyil – xüsusən də Rusiya 2014-cü ildə Krımı zorla ilhaq etdiyi zaman çox geri çəkilmədi.

Müəllif çox dəqiq olaraq şərh edir ki, bir neçə ildir Almaniya Rusiyadan böyük həcmli qaz tədarük etməklə əslində bu ölkəyə sıx bağlı olub. Hələ bu təhlükə barədə ABŞ və digər NATO ölkələri Almaniyanı vaxtında xəbərdar etməyə çalışsa da, Berlin buna tənqidlərə qulaq asmadı və Merkel hökuməti indi özünün yaratdığı bir geopolitik böhranla qarşı-qarşıyadır. Kimsə Almaniyaya “sənə demişdik” sözü cazibədar ola bilər, amma bu vəziyyətdə hava çox gərgindir və Almaniyanın mövqeyi çox gözlənilən idi.

Tramp və Bayden administrasiyaları Almaniyanı illərdir belə bir siyasi və hərbi çətin vəziyyətə sala biləcəyinə dair xəbərdarlıq etmişdilər. 2010-cu ildə aşağı karbonlu və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçmək siyasətinə başlayan Almaniya nüvə elektrik stansiyalarının çoxunu vaxtından əvvəl istismardan çıxardı və bərpa olunan mənbələrdən məhrum olan yeni enerji layihələrindən imtina etdi. Hal-hazırda Almaniyada yalnız altı nüvə reaktoru fəaliyyət göstərir və hətta bunların da 2022-ci ilə qədər bağlanması planlaşdırılır. Təbii ki, Almaniyanın əlavə qaza ehtiyacı vardı və o, problemin müvəqqəti həlli adlandıraraq “Şimal axını 2“-ni tikməyə başladı.

Təəssüf ki, Almaniya üçün bu proqram yalnız qaz idxalından asılılığını artırdı və bundan sonra enerji aclığını “bərpa olunan mənbələr” hesabına doldurmaq mümkün olmayacaq.

Sərt iqtisadi gerçəkliklərlə qarşılaşan Almaniya Rusiyanın köməyi ilə Baltik dənizinin dibi ilə Ukrayna, Polşa və Baltikyanı ölkələri atlayaraq birbaşa boru kəməri çəkməklə enerji qaynaqlarının xərclərini azaltmağa kömək edəcəyini düşünürdü, çünki tranzit ölkələr iqtisadiyyatlarının əhəmiyyətli bir hissəsini təşkil edən tranzit haqqı almayacaqlar. Almaniya və Rusiya bu planın bir çox dünya bazarında məhdud olaraq mövcud olan və ətraf mühit üçün çox narahat olmadan Arktikada istehsal olunan rus qazına olan tələbi artıracağına inanırdılar.

İndi Rusiyanın istəkləri artdı. Çox sayda əsgər və hərbi texnikanı Ukraynaya yaxınlaşdıraraq ya NATO-nu, həm də bütövlükdə Qərbi sınaqdan keçirir və ya həqiqətən yeni bir işğala hazırlaşır. Hər iki halda da Almaniya uduzur. NATO ilə birlikdə Putinə qarşı qətiyyətlə qarşı çıxsa, Alman enerjisi getdikcə Rusiya tədarükündən asılı olduğundan iqtisadiyyatı üçün təhlükə artacaq. NATO ilə əlaqəni kəsib Putini yatırtmağa qərar verərsə, Şimali Atlantika İttifaqının strukturunda bir boşluq yaranacaq və Almaniya bunun Kremli sevindirdiyini göstərəcək”.

Müəllif əmindir ki, uzunmüddətli perspektivdə “Şimal axını 2” layihəsi dünya siyasətinə yaxşı heç nə vəd etmir. Ümid etmək lazımdır ki, daha yaxın perspektivdə Ukrayna ilə sərhəddə ağıllı başlar qalib gələcək. Bu mənada Rusiya manevrləri yalnız bir sınaqdır, işğalın müqəddiməsi deyil. Həm də Qərb enerji sektorundakı gerçəkliyin fəlakətə doğru addım olduğunu başa düşəcəyinə ABŞ-da bir ümid də yaranıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*