“Formula 1”: ABŞ Qran-prisinin qalibi müəyyənləşdibackend

"Formula 1": ABŞ Qran-prisinin qalibi müəyyənləşdi

Ostin avtodromunda “Formula 1” üzrə ABŞ Qran-prisi keçirilib.

KONKRET.az-ın məlumatına görə, qalib adını “Red Bull” pilotu Maks Ferstappen qazanıb. Ona kuboku əfsanəvi basketbolçu Şakil O Nil buynuzlu avtomobillə gətirib.

“Mercedes” sürücüsü Lüis Hemilton ikinci, “Red Bull”un digər üzvü Serxio Peres üçüncü yeri tutub.

Bununla da Ferstappen 287,5 xalla ümumi sıralamada liderliyini möhkəmlədib. Hemilton 275,5 xalla ikinci, onun komanda yoldaşı Valtteri Bottas 185 xalla üçüncüdür. Konstruktorlar Kubokunda “Mercedes” 460,5 xalla liderdir. Sonrakı sıralarda 437,5 xalla “Red Bull” və 254 xalla “Maklaren” qərarlaşıb.

Növbəti Qran-pri 5 – 7 noyabrda Meksikada keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*