Formula 1-də ilk qəzanı da yaponiyalı pilot etdi – FOTOLARbackend

Formula 1-də ilk qəzanı da yaponiyalı pilot etdi - FOTOLAR

Formula 1-in sərbəst yürüşündə ilk qəza baş verib.

KONKRET.az xəbər verir ki,  “Skuderia AlfaTauri” komandasının yaponiyalı üzvü Yuki Tsunoda qəza edib.

O, 4-cü döngədə qəza etdikdən sonra maşınını dar yerdən çıxartmağa çətinlik çəkib. Nəticədə sarı bayraq qaldırılıb. Lakin sonda 21 yaşlı pilot bunu bacararaq yarışa davam edib.

Həmçinin “Maklaren” komandasının britaniyalı-belçikalı pilotu Lando Noris də 16-cı döngədə qəza edib. Lakin onun bolidi zərər görməyib.

Hər iki qəzanın fotolarını təqdim edirik:

 

Maraqlıdır ki, Formula 2-də də ilk qəzanı edən idmançı yaponiyalı olmuşdu. “Trident” komandasının yaponiyalı pilotu Marino Sato 15-ci döngədə bolidinin təkərini maneəyə çırpıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*