“Red Bull” komandasıının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə Las-Veqas Qran-prisinin qalibi olub.
KONKRET.az xəbər verir ki, hazırkı dünya çempionu ikinci mövqedən start götürərək finişə birinci çatıb.
“McLaren”in britaniyalı pilotu Lando Norris ikinci yer tutub. İlk üçlüyü isə “Mercedes”dən onun həmyerlisi Corc Rassell tamamlayıb.
Yeddiqat dünya çempionu Lyuis Hemilton (“Ferrari”) yeddinci yerlə kifayətlənib.
Qeyd edək ki, Norris 408 xal toplayaraq, ümumi sıralamada liderliyini möhkəmləndirib. Onun avstraliyalı komanda yoldaşı Oskar Piastri 378 xalla ikinci, Ferstappen isə 366 xalla üçüncüdür.
