Formula-1 zamanı hər kəs onlayn formada işləyəcək? – CAVABbackend

Formula-1 zamanı hər kəs onlayn formada işləyəcək? - CAVAB

Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi sentyabrın 19-21-də təşkil olunacaq. Bəs, Bakıda iş rejimi onlayn qaydada fəaliyyət göstərə bilərmi?

Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, yarışın iki günü, şənbə və bazara təsadüf etdiyindən iş rejiminə ciddi təsir etməyəcəyi gözlənilir. Yalnız cümə günü, sentyabrın 19-da müəyyən çətinliklər yarana bilər:

Tag: cavanşir abbaslı / neonews.az

“Düşünmürəm ki, tədris ilində bir gün çətinlik yaratsın. Ona görə də iş rejiminin onlayn qaydada keçirilməsinə ehtiyac yoxdur. Azərbaycan xalqında artıq Formula-1 immuniteti formalaşıb. Ölkə dəfələrlə bundan da çətin yarışlar təşkil edib və prosesə öyrəşib”, – deyə o, vurğulayıb.

Ekspert əlavə edib ki, Azərbaycanın Formula-1 ilə bağlı müqaviləsinin daha 5 il müddətinə uzadılması əslində məqsədəuyğun deyil:

“Əvvəllər bu yarışların keçirilməsi beynəlxalq siyasətdə Azərbaycanın mövqeyini gücləndirmək baxımından vacib idi. Qarabağ torpaqları işğal altında olanda belə tədbirlər ölkəmizə dəstək qazandırırdı. Amma indi həmin dövr geridə qalıb. Azərbaycan artıq öz məqsədlərinə nail olub. Bu səbəbdən növbəti illər üçün müqavilənin uzadılmasına ehtiyac görmürəm”.

Onun sözlərinə görə, Formula-1-in ölkəmizdə keçirilməsi əhalinin gündəlik həyatına, xüsusilə də yay aylarında tıxac və əlavə sıxlıqlara səbəb olur:

“Heç Azərbaycanın özündə də bu yarışa ciddi maraq yoxdur. Bütün bunlar nəzərə alınmalı və yekun qərar verilməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*