Forumda KURYOZ HADİSƏ – Putinlə Dodikin sinxron tərcüməçisi SÖYÜŞ SÖYDÜ – VİDEObackend

Forumda KURYOZ HADİSƏ - Putinlə Dodikin sinxron tərcüməçisi SÖYÜŞ SÖYDÜ - VİDEO

Sankt-Peterburq İqtisadi Forumunda kuryoz hadisə baş verib.

KONKRET.az xəbər verir ki, Sankt-Peterburq İqtisadi Forumunda Vladimir Putinlə Bosniya və Herseqovina Rəyasət Heyətinin nümayəndəsi Milorad Dodik arasında keçirilən görüşün yayımı gülməli hadisə ilə yadda qalıb.

Belə ki, forumda sinxron tərcüməçi serb xalqının nümayəndəsinin sözlərini Putənə tərcümə edib. Tərcüməçi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü M.Dodikin  uzun cümləsini tərcümə edəndən sonra dərin bir nəfəs alıb və söyüş söyüb.

Bütün bunlar efirdə yorğun bir səslə aydın şəkildə eşidilib. Forumdan kənarda aparılan danışıqlar kifayət qədər gec baş tutub, yayıma əsasən, insident gecə yarısı baş verib.

Həmkarları tərcüməçi işinin ağır olduğunu söyləyiblər.

Tərcüməçinin artıq işdən azad olunduğu deyilir.

Həmin kadrları təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*